Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Azərbaycanla ikitərəfli əlaqələrin bütün spektrini ardıcıl şəkildə inkişaf ettirmək niyyətində olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, o, bu əməkdaşlığın hər iki ölkə xalqlarının maraqlarına cavab verdiyini vurğulayıb.
"Ümumilikdə, Moskva Azərbaycanla ikitərəfli əlaqələrin bütün spektrinin ardıcıl inkişafına sadiqdir. Bu, ölkələrimizin xalqlarının maraqlarına uyğundur. Hesab edirik ki, mövcud fasilədən sonra mədəni və humanitar sahələrdə tammiqyaslı əməkdaşlığın tezliklə bərpa edilməsi vacibdir. Bu sahədə bir sıra təşəbbüslər, o cümlədən ən yüksək səviyyədə müzakirə olunub", - deyə Zaxarova qeyd edib.
Rusiya XİN rəsmisi yaxın gələcəkdə humanitar layihələrin canlandırılmasının ikitərəfli strateji tərəfdaşlığa mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ