Onlayn ictimai-siyasi qəzet
Ermənistanda seçki kampaniyası fonunda siyasi debatlar bəzən istehza və qarşılıqlı lağ obyektinə çevrilir.
Musavat.com xəbər verir ki, Paşinyana yaxınlığı ilə tanınan “Bagramyan 26” teleqram kanalı “Güclü Ermənistan” partiyasının təmsilçisi Narek Karapetyanı növbəti dəfə hədəfə alıb.
Səbəb Karapetyanın Azərbaycandan olan məcburi köçkünlərin qayıdışı ilə bağlı konsepsiyanın BMT-yə göndərildiyini deməsi olub. Lakin debat zamanı jurnalist Karapetyandan konkret olaraq BMT-nin hansı qurumuna müraciət edildiyini soruşub. Bundan sonra siyasətçi bir müddət sənədlərə baxsa da, dəqiq cavab verə bilməyib.
Məhz bu məqam “Bagramyan 26” kanalının istehzasına səbəb olub. Kanal hadisəni lağlağı üslubunda şərh edərək yazıb ki, “adi insanın ilk sualı BMT-nin hansı strukturundan söhbət getdiyi olar, çünki BMT-də çoxsaylı qurumlar fəaliyyət göstərir”.
Paşinyana yaxın resurs daha sonra Karapetyanın suala cavab tapmaqda çətinlik çəkməsini məsxərəyə qoyaraq onun çıxışını sosial şəbəkələrdə geniş müzakirə olunan uğursuz debat nümunəsi kimi təqdim edib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ