İnsanlara hürriyət, millətlərə istiqlal!

Qeyri-adi sevgi, qeyri-adi dostluq

Afrikanın cənub-qərbində yerləşən Namibiyanın şimalındakı qoruqlardan birində heyvanlar aləmində nadir rast gəlinən dostluq formalaşıb.

Musavat.com xəbər verir ki, qoruqda iki yetim heyvan — Betsi adlı çöl donuzu (vartuk) və Cerri adlı surikat birlikdə böyüdülür.

Qoruq əməkdaşlarının sözlərinə görə, müxtəlif növlərə mənsub olan bu iki heyvan qısa zamanda bir-birinə bağlanıb və demək olar ki, ayrılmaz olublar. Onlar günlərini yanaşı keçirir, birgə dincəlir və ətraf mühitə birlikdə uyğunlaşırlar. Bu mənzərə məşhur “Kral Şiri” cizgi filmindəki Timon və Pumba obrazlarını xatırladır. 

Mütəxəssislər bildirirlər ki, bu cür emosional bağ hər iki heyvan üçün olduqca faydalıdır. Dostluq onların stress səviyyəsini azaldır, özlərini daha təhlükəsiz və rahat hiss etmələrinə kömək edir.

Qoruq əməkdaşları hesab edirlər ki, bu hadisə heyvanlar aləmində sevgi və sosial münasibətlərin nə qədər güclü ola biləcəyini bir daha sübut edir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR