İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusunun zərbələri nəticəsində Karibdə ölənlərin sayı 220-ni keçdi

ABŞ ordusu Karib dənizində narkotik qaçaqmalçıları tərəfindən istifadə edillən daha bir gəmiyə zərbə endirib.

Musavat.com ABŞ Cənub Komandanlığının açıqlamasına istinadən xəbər verir ki, zərbə nəticəsində gəmi məhv edilib: "Yüksək sürətli gəmi Karib dənizində narkotik qaçaqmalçılığı marşrutlarının məlum olduğu bir ərazidə fəaliyyət göstərirdi. Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığında fəal iştirak etdiyini göstərirdi".

Məlumata görə, gəmidəki 3 nəfər həlak olub.

ABŞ mediasının məlumatına görə, 2025-ci ilin payızından bəri ABŞ ordusu narkotik qaçaqmalçıları tərəfindən istifadə edilən qayıqlara endirdiyi zərbələrdə 220-dən çox insan həlak olub. Bundan əlavə, 2026-cı ilin avqust ayının sonundan bəri ABŞ ordusu Ekvadorun narkotik karteli Los Choneros üçün üzən yanacaqdoldurma məntəqəsi kimi xidmət edən bir neçə gəmini batırıb. Cənub Komandanlığının açıqlamalarına görə, bu gəmilərdəki insanlar Ekvador hakimiyyətinə təhvil verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR