İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda uşaq müavinətinin məbləğləri açıqlandı

Qazaxıstanda işləyən qadınlar üçün 1,5 yaşa qədər uşağa qulluq üçün orta sosial ödəniş may ayının əvvəlinə 86.062 təngəyə (təxminən 300 AZN) çatıb.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, ödənişin məbləği son iki ildəki gəlirdən asılıdır.

Əmək Nazirliyi qeyd edib ki, Qazaxıstanda uşaqlı ailələr üçün beş əsas dövlət dəstəyi növü mövcuddur. Xüsusilə, birdəfəlik müavinət uşağın doğulması zamanı ödənilir: birinci, ikinci və üçüncü uşaq üçün 164.350 təngə (570 AZN) , dördüncü və sonrakı uşaqlar üçün isə 272.475 təngə (940 AZN).

İşləyən qadınlar hamiləlik və doğuş səbəbindən gəlir itkisi, eləcə də yeni doğulmuş uşağın övladlığa götürülməsi üçün sosial ödəniş almaq hüququna malikdirlər. Bu məbləğ son 12 ay ərzində orta aylıq gəlirdən asılıdır.

Əlilliyi olan uşaqları böyüdən ailələr üçün xüsusi ödənişlər nəzərdə tutulub: aylıq müavinət 81.871 təngədir (285 AZN).

Əmək Nazirliyi həmçinin çoxuşaqlı ailələrə dəstəyi qeyd edib: aylıq müavinətlər gəlir səviyyəsindən asılı olmayaraq verilir. Dörd uşağı olan ailələrə 69.330 təngə (240 AZN) , beş uşağı olanlara 86.673 təngə (300 AZN), altı uşağı olanlara 104.017 təngə (360 AZN), yeddi uşağı olanlara isə 121.360 təngə (423 azn) verilir.

"Altın Alka"  ("Qızıl Bpyunbağı")və "Kumış Alka" ("Gümüş Boyunbağı") medalları ilə təltif olunmuş analara isə əlavə dövlət dəstəyi göstərilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR