Onlayn ictimai-siyasi qəzet
Çin uzun illər Böyük Britaniya baş nazirlərinin köməkçilərinin mobil telefonlarını dinləyib.
Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazır.
Nəşrin məlumatına görə, Çin Xalq Respublikası tərəfindən dəstəklənən hakerlər 2021-2024-cü illərdə Boris Conson, Liz Trass və Rişi Sunakın köməkçilərinə məxsus mobil cihazları izləyiblər.
Qəzet hakerlərin baş nazirlərin öz telefonlarına çıxış əldə edib-etmədiyini dəqiqləşdirmir.
Bununla yanaşı, ABŞ kəşfiyyatındakı mənbələr "The Telegraph"a bildiriblər ki, Pekin Böyük Britaniyanın yüksək vəzifəli şəxslərinə qarşı izləmə əməliyyatını hələ də davam etdirir. Bu isə o deməkdir ki, hazırkı baş nazir Kir Starmer və onun müşavirləri də təhlükəyə riski ilə üzləşmiş ola bilər.
Qeyd olunur ki, hətta hakerlər məmurların telefon danışıqlarını dinləyə bilməsələr belə, onların nə vaxt və kimlərlə əlaqə saxladıqlarını müəyyən etməyə imkan verən məlumatlara çıxış əldə etmiş ola bilərlər.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ