İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin hər kəsin qarşısında BİABIR OLUR: Rusiyada ÇEVRİLİŞ ehtimalları.... - ŞOK AÇIQLAMA

Siyasi şərhçi Heydər Oğuz "Müsavat TV" efirində Rusiya daxilindəki mövcud gərginliklərdən, hərbi idarəçiliyin üzləşdiyi problemlərdən və hakimiyyətin gələcək taleyindən bəhs edib.

Putinlə bağlı qorxuların və narahatlıqların masaya oturmağı çətinləşdirdiyini qeyd edən şərhçi bildirib ki, söhbət təkcə Ukrayna prezidenti Volodimir Zelenskinin yanında biabır olmamaqdan deyil, həm də rus cəmiyyətinin və hərbi dairələrinin yanında düşəcəyi ağır vəziyyətdən gedir.

Rusiya hərbi dairələrinin getdikcə daha ağır duruma düşməsi və nüfuzunun itirilməsi nəticə etibarilə onun hakimiyyətdən tamamilə uzaqlaşdırılmasına səbəb ola bilər: "Putini ən çox qorxudan budur. Putinə bir kimsə qaranti verməlidir ki, qorxma, sən addım at, səni heç kəs hakimiyyətdən devirə bilməz, biz sənin arxandayıq və yaxud sənin təhlükəsizliyin və hakimiyyətdə qalmağına təminat verə bilərik."

Lakin ekspert hesab edir ki, heç kəs bu təminatı verməyəcək, çünki Rusiya cəmiyyəti və xalqı elə bir hakimiyyət qurub ki, mövcud sistem heç kimin odun yığmasına və ya məsuliyyətdən yayınmasına imkan vermir. Hazırda 1 milyon, yaxud gələcəkdə 2 milyon əsgər səfərbər edilsə belə, onların sıx bitmiş ot oxşadığını və pərakəndə vəziyyətdə olduğunu vurğulayan şərhçi qədim yunan sərkərdələrinin misallarına istinad edib: "Düşmən çoxdur, biz o düşmənlə necə vuruşacağıq? Ot nə qədər bol olsa, sıx olsa, onu daha yaxşı biçmək olar."

Ukrayna tərəfinin dronların istehsalını artırması və hərbi imkanlarını genişləndirməsi fonunda Rusiya daxilində yaranan panika vəziyyəti də müzakirə olunub. Sonda qeyd edilib ki, mövcud reallıqlar Rusiyanın hərbi və siyasi rəhbərliyini daha ağır sınaqlar qarşısında qoyur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR