Onlayn ictimai-siyasi qəzet
ABŞ-da virusoloq Kris Bak qeyri-adi elmi təcrübə aparıb. O, pivə mayasına virusabənzər hissəciklər yerləşdirərək orqanizmdə immun cavab yarada bilən xüsusi “pivə vaksini” hazırlayıb.
Musavat.com xəbər verir ki, alim bu ideyanı əvvəlcə öz üzərində və ailə üzvlərində sınaqdan keçirib. Təcrübə çərçivəsində beş litrədək bu xüsusi pivədən istifadə olunub. Sonradan aparılan analizlər immun sisteminin aktivləşdiyini, o cümlədən anticisimlərin formalaşdığını göstərib.
Kris Bak bildirir ki, bu üsul klassik vaksinləri əvəz etmək üçün deyil, lakin gələcəkdə müəyyən infeksiyalara qarşı əlavə qoruyucu mexanizm kimi istifadə oluna bilər. Hazırda alim eyni texnologiyanın başqa xəstəliklərə qarşı da tətbiqinin mümkün olub-olmadığını araşdırır.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ