Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusunun İranla bağlı hərbi planları artıq yüksək hazırlıq mərhələsinə çatıb.
Musavat.com xəbər verir ki, Reuters-ə danışan amerikalı iki rəsmi mənbə planların bir neçə paralel ssenarini əhatə etdiyini bildirib.
Mənbələrin sözlərinə görə, variantlar konkret şəxslərə qarşı dəqiq zərbələrdən başlayaraq daha genişmiqyaslı əməliyyatlara, hətta rejimin devrilməsi cəhdinə qədər uzanır.
Bildirilir ki, Vaşinqton diplomatik kanalları tam bağlamasa da, mümkün böhran vəziyyətində dərhal tətbiq oluna biləcək hərbi paketlər detallı şəkildə hazır vəziyyətə gətirilib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ