Onlayn ictimai-siyasi qəzet
Ölkəmizdə səfərdə olan Parlamentlərarası İtiffaqın Baş katibi Martin Çunqonq mayın 4-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.
Səfər çərçivəsində qonaq Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri qoyub, ona Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı qonağı Milli Məclis Katibliyinin rəisi Teymur Tağıyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ