İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda hədiyyə paylanması ilə bağlı kütləvi tədbirlər qadağan edilib

Özbəkistanda pulsuz malların paylanması ilə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Musavat.com “Fərqanə” informasiya agentliyinə istinadən xəbər verir ki, müvafiq norma hökumətinin iyunun 29-dan qüvvəyə minmiş qərarında qeyd olunub.

Bu fərmana görə hədiyyə verməklə insanları tədbirlərə cəlb etmək qəti qadağandır. Bununla belə, sahibkarlara promosyonlar və ya oxşar tədbirlər çərçivəsində məhsullarını “həddindən artıq aşağı” qiymətlərlə satmaq da qadağan edilib.

Hökumətin bu fərmanına əməl olunmasına nəzarət respublikanın Daxili İşlər Nazirliyinə və milli qvardiyaya həvalə edilib.

Özbəkistanın blogosferində Nazirlər Kabinetinin qərarı bu ilin iyununda bu obyektin ərazisində baş vermiş hadisəyə istinad edərək “Aşqabad parkının qanunu” adlandırılıb. Uşaqların Müdafiəsi Günü ərəfəsində park administrasiyası sosial şəbəkələrdə iyunun 1-də günorta saatlarında “Aşqabad”da dondurma və 20 min yumşaq oyuncaqların pulsuz paylanması kampaniyasının keçiriləcəyi barədə elan yerləşdirib. Tədbirin təşkilatçıları salyut şousu təşkil etməyi planlaşdırırdılar, oradan hədiyyələr uçmalı idi.

Paytaxt polis idarəsi iddia edir ki, parkın rəhbərliyinə qurumun ərazisinə eyni vaxtda toplaşan 40 min insanın təhlükəsizliyinin təmin edilməsinin mümkünsüzlüyü ilə bağlı xəbərdarlıq edilib.

Nəticədə iyunun 1-də minlərlə daşkəndli və paytaxtın qonağı “Aşqabad” parkına axışmağa başlayıb. Parkın girişində və yollarda tıxac yaranıb, yaxınlıqdakı metro stansiyalarında sıxlıq müşahidə olunub. İnsanlar hətta dəmiryol relslərinin üstü ilə tədbirə doğru addımlayıblar.

Tədbir “texniki səbəblərə” görə ləğv edilib. Narazı vətəndaşlar onsuz da sıx olan metroya yenidən axışaraq ciddi təlaş yaradıblar.

Parkın rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib: məhkəmə “Aşqabad”ın direktoru, onun müavini və reklam şöbəsinin müdirini 15 sutka həbs edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR