İnsanlara hürriyət, millətlərə istiqlal!

GƏRGİN DEBAT: Gözlər YAP-ın SİYAHISINDA: sürpriz namizədlər, seçkidə NƏLƏR OLACAQ?

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısının təsdiqlənməsi məsələsinə yəqin ki, İdarə Heyətinin növbəti iclasında baxılacaq.

Bunu jurnalistlərə deputat, YAP İdarə Heyətinin üzvü Musa Quliyev bildirib:

O qeyd edib ki, partiyanın namizədlərinin irəli sürülməsi və namizədlərin siyahısının təsdiqlənməsi məsələsinə İdarə Heyətinin növbəti iclasında baxılacaq.
"Namizədlərin siyahısına gəlincə, bu barədə hələlik ilkin məlumat yoxdur".

Ölkənin siyasi cameyəsində isə hakim partiyanın siyahısı prioritet götürülür. Çünki YAP-ın hansı dairədən hansı namizədi göstərməsi ümumi seçkinin əhvalını müəyyənləşdirir. Hansı sürprizlər, yeni adlar olacaq? Bu dəfəki parlament seçkilərində nələr gözlənilir?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonaqlarımız YAP-çı deputat Elman Nəsirov və AXP sədri Pənah Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR