İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP yaşlı deputatlarla vidalaşır? Siyavuş Novruzov açıqladı: "Xüsusi şöbə məşğuldur..."

Musavat.com -a müsahibə verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP funksioneri Siyavuş Novruzov maraqlı açıqlamalar verib.

Onlardan biri də deputatlığa namizədlərin yaş senzi ilə bağlıdır. Siyasi dəhlizlərdə iddialar gəzir ki, hakim partiya yaşı 70+ olan namizədləri irəli sürməyəcək, hətta namizədliyini müstəqil irəli sürən respublika əhəmiyyətli simaları da dəstəkləməyəcək.

Müxbirimizin: "Yaşlı deputatlar, yaxud gənc olub, özünü doğrultmayanlarla bağlı mövqe, münasibət YAP-da nədən ibarətdir?", sualına Siyavuş Novruzov belə cavab verib:

Siyavuş Novruzov namizədliklə bağlı xəbəri təkzib etdi Manset.az

-YAP tədqiqatlar aparır. İstər mətbuatda, istər debatlarda, istər parlamentdəki çıxışı, istərsə beynəlxalq təşkilatlarda iştirakı, seçiciləri ilə münasibətləri, regionun ona olan münasibəti araşdırılır. Bütün bu tədqiqatlar əvvəlcədən aparılır, elə deputatlar seçilən gündən YAP-dakı xüsusi şöbə bu məsələlərlə məşğul olur. Bizim rayon təşkilatlarımız da dəqiqləşdirirlər ki, kim necədir? Bu, yaş məsələsi deyil, ancaq fəaliyyət məsələsidir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR