İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Gömrük Komitəsi büdcə qarşısında öhdəliyinə əməl edə bilməyib

Azərbaycanın 2025-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 131,1 milyon manat, xərcləri 38 milyard 603,6 milyon manat icra olunub.

Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ilin yekununda 527,5 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

Ötən il dövlət büdcəsinə 16 milyard 353,5 milyon manat və ya 41,8 faiz vergi orqanlarının xətti ilə, 14 milyard 481,0 milyon manat və ya 37,0 faiz Dövlət Neft Fondundan, 6 milyard 369,9 milyon manat və ya 16,3 faiz gömrük orqanlarının xətti ilə, 679,7 milyon manat və ya 1,7 faiz dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 46,2 milyon manat və ya 0,1 faiz dövlət əmlakının icarəyə verilməsindən, 1 milyard 200,8 milyon manat və ya 3,1 faiz isə sair mənbələrdən daxil olub.

Nazirliyin məlumatından aydın olur ki, ötən il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 1 milyard 700 milyon manat və ya 13,3 faiz, vergi orqanlarının xətti ilə daxilolmalar 545,5 milyon manat və ya 3,5 faiz, dövlət əmlakının icarəyə verilməsi və sair daxilolmalar üzrə 120,8 milyon manat və ya 10,7 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 131,8 milyon manat və ya 24,1 faiz çox vəsait daxil olub. Gömrük orqanlarının xətti ilə daxilolmalar  278,8 milyon manat və ya 4,2 faiz az icra olunub.

Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci il üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil etməklə 20 milyard 302,7 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 702,4 milyon manat və ya 3,6 faiz çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR