İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsrin həyat yoldaşı ilə belə dincəlir - Fotolar

Türkiyədə uğurlu karyerası ilə tanınan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial media paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, aktrisa həyat yoldaşı Kadir Taner Uçar ilə birlikdə istirahət etdiyi məkandan fotolar paylaşaraq izləyicilərinə xoş anlarını nümayiş etdirib.

Səmimi və romantik kadrlar qısa zamanda sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Paylaşımlarda cütlüyün dinc və xoş istirahət keçirdiyi görünür. Nəsrin fotolara əlavə etdiyi qeydlərlə də izləyicilərindən çoxsaylı bəyənmə və rəylər alıb.

Qeyd edək ki, Nəsrin Cavadzadə və Kadir Taner Uçar bir müddət əvvəl ailə həyatı qurublar. Şəxsi həyatı ilə yanaşı yaradıcılıq fəaliyyətini də davam etdirən aktrisa hazırda Türkiyədə çəkilən “Daha 17” serialında rol alır. Nəsrinin həm ekran uğurları, həm də şəxsi həyatı pərəstişkarları tərəfindən daim maraqla izlənilir.

Könül,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR