İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarı Trampın açıqlamalarının təsirindən çıxır – Qiymətlər yenə artır

Dünya bazarında neft qiymətləri yenidən artmağa başlayıb.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İranla münaqişənin başa çatmasına dair açıqlamaları, həmçinin İranın Hörmüzdəki aktivliyinin azalması fonunda dünən qiymətlərdə kəskin azalma qeydə alınmışdı.

Bu gün keçirilən ilk hərraclarda qiymətlərdə 1 dollardan çox artım qeydə alınıb.

Londonun ICE birjasında Brent neftinin qiyməti 1,5 dollara yaxın bahalaşaraq 85 dolları keçib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI nefti 1 dollar yaxın artımla 81 dollardan yuxarı ticarət olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR