Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında dünya liderlərinə səslənərək ölkəsinin üzləşdiyi enerji fəlakətinin miqyasını açıqlayıb.
Musavat.com xəbər verir ki, Zelenski Rusiyanın raket və dron hücumları nəticəsində Ukraynanın enerji sisteminin tamamilə hədəfə alındığını bildirib: "Ukraynada Rusiya hücumlarından zərər görməmiş bircə dənə də olsun elektrik stansiyası qalmayıb. Bircə dənə də!"
Prezident çıxışında İranın Rusiyaya tədarük etdiyi "Şahid" dronlarının necə qorxulu bir "ölüm maşınına" çevrildiyini detalları ilə izah edib.
"Şahidlər" artıq əvvəlki kimi deyil: Starlink və reaktiv mühərrik şoku
Zelenski vurğulayıb ki, müharibənin əvvəlində asanlıqla zərərsizləşdirilən sadə dronlar artıq keçmişdə qalıb. İndi İran rejimi Rusiyaya tamamilə fərqli, yüksək texnologiyalı silahlar ötürür:
"İran rejimi dayandırılmalıdır - dərhal!"
Ukrayna lideri İranla heç bir sərhəd və ya tarixi münaqişələrinin olmadığını xatırladaraq, Tehranın bu addımlarını cinayət adlandırıb. O, İran xalqının da dünyadan eyni qətiyyəti gözlədiyini qeyd edib:
"İran rejimi bir əsr ərzində bir çox rejimin edə bilmədiyi qədər çox zərər vurmağa qadirdir. Onlara vaxt verdikcə, yalnız daha çox insan öldürürlər. Onları dərhal dayandırmaq lazımdır. Bu gün İran xalqı dünyadan bizim 24 fevralda ehtiyac duyduğumuz şeyi gözləyir: birlik, qətiyyət və sürət!"
Zelenski həmçinin xəbərdarlıq edib ki, əgər dünya bu texnoloji terrorun qarşısını almasa, sabah bu dronlar yalnız Ukraynanın deyil, Avropanın da infrastrukturunu iflic edəcək.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ