İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB 11 min uşaqla bağlı məlumat yaydı

TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planı çərçivəsində avqustun 1-dən 15-dək ölkə üzrə 11 504 uşağa ümumilikdə 15 893 peyvənd tətbiq olunub.

Musavat.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusu qiymətləndirilir, peyvənddən kənarda qalmış və natamam immunizasiyalı uşaqlar müəyyənləşdirilir. Həmçinin valideynlərin maarifləndirilməsi və uşaqların yaşına uyğun peyvəndlərlə immunizasiyasının tamamlanması istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, immunizasiya prosesinə cəlb olunan tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə iyulun 15-dən 31-dək keçirilən təlimlərdə 1 435 tibb işçisi iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR