Onlayn ictimai-siyasi qəzet
Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Orenburq vilayətində yerləşən “Orsknefteorqsintez” neft emalı zavoduna hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna telegram kanalları məlumat yayıb.
Məlumatda bildirilir ki, müəssisə Ukrayna sərhədindən təxminən 1400 km uzaqda yerləşir. Zavodun illik layihə gücü 6,6 milyon ton təşkil edir.
“Orsknefteorqsintez”də benzin, dizel yanacağı, aviasiya kerosini, mazut, bitum və müxtəlif sürtkü yağları istehsal olunur.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ