İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Vaşinqtona DİPLOMATİK MESAJ: "ABŞ-nin Ukrayna üzrə "xüsusi fəallığını" görmürük"

Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov Birləşmiş Ştatların Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətindəki fəaliyyətini və iki ölkə arasındakı diplomatik kanalların mövcud vəziyyətini şərh edərkən Moskvanın hazırda Vaşinqton tərəfindən bu istiqamətdə hər hansı "xüsusi fəallıq" müşahidə etmədiyini bildirib.

Musavat.com xəbər verir ki, rusiyalı diplomat Rusiya tərəfi üçün Birləşmiş Ştatların həm Kiyevə, həm də Brüsselə təsir göstərmək baxımından həlledici və kilit rola malik olduğunun tamamilə aydın olduğunu vurğulayıb.

Eyni zamanda iki ölkə arasındakı əlaqələrdə heç bir fasilə və ya pauzanın yaranmadığını diqqətə çatdıran Sergey Ryabkov Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə ABŞ Dövlət Katibi Marko Rubionun BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdə Ukraynadakı vəziyyəti ətraflı müzakirə etdiklərini xatırladıb.

Rusiya XİN rəsmisi hazırda Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə hər hansı üçtərəfli görüşün keçirilməsi üzrə aktual işçi planın mövcud olmadığını bəyan edərək, bundan sonrakı diplomatik proseslərin inkişafının birbaşa Qərb tərəfinin nümayiş etdirəcəyi adekvat mövqədən asılı olacağını əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR