Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin ilə Suriyanın Prezidenti Əhməd əş-Şər arasında telefon danışığı baş tutub.
Musavat.com xəbər verir ki, bu barədə Kreml mətbuat xidməti rəsmi məlumat yayıb.
Telefon söhbəti zamanı iki ölkə lideri Rusiya və Suriya arasında müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş müzakirə ediblər.
Suriya ətrafında yaradılmış hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılarkən Vladimir Putin Rusiyanın bu ölkənin birliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstək verən prinsipial mövqeyini bir daha təsdiqləyib.
Tərəflər regional təhlükəsizliyin təmin olunması və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi istiqamətində dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ