Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatı Aleksandrovsk istiqamətində döyüş əməliyyatları aparan hərbi hissələrə baş çəkiblər.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı özinin təsdiqlənmiş teleqram kanalında rəsmi məlumat yayıb.
80-ci əlahiddə hava-hücum desant "Qaliçina" briqadasının hərbçiləri ilə görüşən Volodimir Zelenski müdafiə xəttinin daha da möhkəmləndirilməsi yollarını komandirlərlə ətraflı müzakirə etdiklərini bildirib. Ukrayna Prezidenti cəbhədən gələn konkret tələbləri diqqətə çatdırıb: bölmələrin fasiləsiz PUA-larla təmin olunması, uzaqvuran artilleriya və kiçik RLS sistemlərinə olan ehtiyacın ödənilməsi, briqadaların birbaşa maliyyələşdirilməsi mexanizmləri, habelə döyüşçülərin həvəsləndirilməsi və hazırlıq səviyyəsinin artırılması.
Zelenski qeyd edib ki, qaldırılan bütün məsələlər qısa müddətdə həllini tapacaq və ölkə müdafiəçilərinin imkanları maksimum dərəcədə gücləndiriləcək.
Musavat.com
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ