Onlayn ictimai-siyasi qəzet
Nepalın şimalındakı Rasuva və Nuvakot bölgələrində, Çin (Tibet) sərhədinin bilavasitə yaxınlığında güclü daşqın və torpaq sürüşməsi baş verib.
Musavat.com xəbər verir ki, yerli polis və xilasetmə xidmətlərinin son məlumatlarına əsasən, fəlakət nəticəsində azı 22 nəfər həyatını itirib, 380-dən çox insan isə itkin düşüb.
Bhote Koşi çayının qəfil daşması nəticəsində yaranan nəhəng palçıq və su axını minə yaxın insana təsir göstərib, onlarla yaşayış evini və infrastrukturu tamamilə yuyub aparıb. İtkin düşənlər arasında 300-ə yaxın xarici turist var. Onların sırasında Hindistan, Böyük Britaniya, ABŞ, Avstraliya, Niderland, Malayziya və Cənubi Afrika vətəndaşlarının olduğu bildirilir, 110-dan çox şəxsin isə vətəndaşlığı hələ dəqiqləşdirilməyib.
Fəlakət zonasında xilasetmə əməliyyatlarına Nepal Ordusunun helikopterləri və xüsusi təlim keçmiş axtarış qrupları cəlb olunub, lakin əlverişsiz hava şəraiti işləri çətinləşdirir. Nepal Energetika Nazirliyi və Elektrik İdarəsi tərəfindən verilən açıqlamaya görə, təbiət fəlakəti ölkənin hidroenergetika sisteminə də ağır zərbə vuraraq 14 HES və ötürücü obyektə ciddi ziyan vurub, nəticədə bir çox rayonlarda elektrik təchizatı kəsilib.
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ