Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana dələduzluğun qurbanı olduğunu iddia edib.
Musavat.com xəbər verir ki, Canana bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
O bildirib ki, Yusif adlı mühəndis ondan obyektin təmiri üçün 21 min manat pul alıb. Canananın sözlərinə görə, pul ödənilməsinə baxmayaraq, obyektin təmiri həyata keçirilməyib.
Canana məsələ ilə bağlı narazılığını sosial şəbəkədə paylaşdığı videoda ifadə edib.
Könül
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ