İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur teleaparıcı istefa verdi - Səbəbini özü açıqladı - VİDEO

Məşhur teleaparıcı Könül Muxtarova “Space” televiziyası ilə yollarını ayırıb.

O, bu barədə sosial media hesabında açıqlama yayıb.

Aparıcı bildirib ki, üç aydır maaş ala bilmir və bu səbəbdən işdən çıxıb:

“Bu gündən “Space” TV ilə yollarımı ayırdım. Səbəbi də odur ki, artıq bir neçə gündür rəhbərliklə razılaşmışam və bu gün hətta efirdən sağollaşmaq istəyirdim. Sadəcə olaraq mənə dedilər ki, səbr et bəlkə bir ortaq məxrəcə gəldik, amma olmadı. Burada haqq məsələsi var. Üç aydır çalışdığım kanaldan heç bir maaş ala bilmirəm. Bundan sonra da ödəniləcəyinə vəd verə bilmədiklərinə görə, hər kəslə sağollaşıb yollarımı ayırdım”.

Qeyd edək ki, “Space”də K.Muxtarova “Sevilən səhər” proqramının aparıcısı idi. Veriliş üç aydır ki, həftə içi hər gün səhər saatlarında efirə gedirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR