İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi: Əməliyyat olundu

Məşhur türkiyəli müğənni Cengiz Kurtoğlu ötən axşam qəfil burun qanaması şikayəti ilə xəstəxanaya çatdırılıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, müayinələr zamanı sənətçinin iki damarının tıxandığı müəyyən edilib.

Məlumata görə, xəstəxanada aparılan testlər nəticəsində sənətçinin ürək damarlarında ciddi tıxanma aşkarlanıb. Həkimlər tıxanmış arteriyalardan birinə stent yerləşdiriblər, digər damar üçün isə müdaxilənin bir ay sonra həyata keçirilməsi planlaşdırılıb.

Uğurlu keçən prosedurdan sonra Kurtoğlunun ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Hazırda sənətçinin nəzarət altında saxlanıldığı və müalicə prosesinin davam etdiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR