İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni onunla evlənir - TARİXİ AÇIQLADI

Türkiyəli müğənni Dərya Uluğ uzun illərdir birlikdə olduğu nişanlısı Asil Gök ilə evlilik planlarından danışıb.

Musavat.com-un xəbərinə görə, sənətçi bildirib ki, gözlənilməz hal baş verməsə, 2027-ci ilin əvvəlində deyil, yeni ildən əvvəl – qarşıdakı dörd ay ərzində nikah masasına əyləşəcəklər.

Kiprdə verdiyi konsertdən sonra jurnalistlərin suallarını cavablandıran Dərya Uluğ təxminən 10 ildir birlikdə olduğu Asil Gök ilə sadə bir toy mərasimi keçirməyi planlaşdırdıqlarını deyib.

"Yeni ildən əvvəl ailəmiz və ən yaxın dostlarımızın iştirakı ilə sadə, amma çox xoşbəxt bir toy etməyi düşünürük", – deyə müğənni bildirib.

Derya Uluğ müsahibəsində süni intellektin musiqi sahəsində istifadəsinə də münasibət bildirib. O, texnologiyanın bəzi mərhələlərdə faydalı olduğunu desə də, sənətdə insan əməyini əvəz edə bilməyəcəyini vurğulayıb.

"Süni intellekt ideyanın inkişafına kömək edə bilər, amma emosiyanı əvəz edə bilməz. Biz bir mahnı üzərində aylarla işləyirik. Musiqiçilərin əməyinin nəzərə alınmaması həqiqətən qorxuludur", – deyə sənətçi qeyd edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR