Onlayn ictimai-siyasi qəzet
DÇ-2026-nın qrup mərhələsində keçirilən Meksika - Cənubi Afrika Respublikası (CAR) matçında hesab 2:0 olub.
Musavat.com xəbər verir ki, Meksika millisinin ikinci qolunu 67-ci dəqiqədə Roberto Alvaradonun ötürməsindən sonra Raul Ximenes vurub. Bundan əvvəl, 9-cu dəqiqədə Julian Kinyones Erik Liranın məhsuldar ötürməsini qola çevirərək hesabı açmışdı. Qarşılaşmanın 49-cu dəqiqəsində CAR millisinin futbolçusu Sphephelo Sitole qırmızı vərəqə alaraq meydandan qovulub.
Hazırda Meksika rəqibi üzərində 2:0 hesablı üstünlüyünü qoruyur.
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ