İnsanlara hürriyət, millətlərə istiqlal!

“Maduro əməliyyatı”nda iştirak edən ABŞ təyyarələri Yaxın Şərqə yönəldi: Nə baş verir?!

ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı planlaşdırıldığı iddia edilən əməliyyatda iştirak etmiş təyyarələrin Yaxın Şərq istiqamətində hərəkət etdiyi bildirilir.

Musavat.com xəbər verir ki, monitorinq kanallarının yaydığı məlumata əsasən, sözügedən təyyarələr son saatlarda Avropa hava məkanı üzərindən Yaxın Şərqə doğru uçuş həyata keçirir. Uçuşların ABŞ-nin bölgədə artan hərbi-siyasi fəallığı fonunda baş verməsi xüsusi diqqət çəkir.

Qeyd olunur ki, bu təyyarələr daha əvvəl Venesuela ətrafında qeydə alınmış və Maduronun ələ keçirilməsi ilə əlaqələndirilən planlarda adı çəkilən hava vasitələri olub. Vaşinqton məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Ehtimal olunur ki, ABŞ-nin eyni hərbi resursları müxtəlif regionlarda istifadəyə cəlb etməsi Yaxın Şərqdə mümkün yeni gərginlik ssenarilərinin hazırlandığını göstərə bilər.

 

Musavat.com

69ad42b0-18a3-4fb7-abaa-92ba4d5591a1.jpg (101 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR