Onlayn ictimai-siyasi qəzet
Mariya Korina Maçado “Nobel” sülh mükafatını Trampla bölüşməyi təklif edərək bunu Venesuelada demokratiya üçün tarixi bir addım adlandırıb.
Musavat.com xəbər verir ki, “Fox News”a verdiyi müsahibədə Venesuela müxalifətinin lideri mükafatı Donald Trampla bölüşməyi mümkün hesab etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu, ölkənin gələcəyi və demokratik islahatlara doğru irəliləməsi üçün vacib bir an ola bilər.
Maçado hakimiyyət tərəfindən saxlanıldıqdan sonra ilk dəfə efirə çıxıb və söhbət zamanı dəfələrlə Trampa Venesueladakı vəziyyətlə bağlı mövqeyinə görə minnətdarlığını bildirib.
Bundan əvvəl Qərb mediası Trampın “Nobel” mükafatını ona verməkdən imtina etdiyini iddia etdiyi üçün Maçadonu Venesuelada prezidentliyə namizəd kimi dəstəkləməkdən imtina etdiyini bildirib. Lakin o, özü bunu təkzib edib.
“O, qalib gəlməməli idi. Amma yox, bu, mənim qərarıma heç təsir etməyib", - deyə oTramp NBC News-da bildirib.
Bundan əlavə, Tramp qeyd edib ki, Maçadoya hörmət etsə də, onun qalib gəlmək şansını aşağı hesab edir. “O, çox yaxşı qadın olsa da, ölkə daxilində dəstəyi və hörməti yoxdur", - Tramp deyib.
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ