İnsanlara hürriyət, millətlərə istiqlal!

Luiziana məhkəməsi Baydenin qərarının icrasını dayandırdı

Luiziana ştatının Qərb dairəsi üzrə Federal Dairə Məhkəməsi ABŞ prezidenti Co Baydenin yeni mayeləşdirilmiş təbii qaz (LNG) ixrac müqavilələrinin təsdiqinə qoyduğu moratoriumun tətbiqini dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə məhkəmənin saytında dərc olunan qərarda deyilir.

Sənədə əsasən, məhkəmə Amerikanın 16 ştatından - Alabama, Alyaska, Arkanzas, Vayominq, Corciya, Qərbi Virciniya, Kanzas, Luiziana, Missisipi, Montana, Nebraska, Oklahoma, Texas, Florida, Cənubi Karolina və Yutadan olan iddiaçıqların arqumentlərini əsas kimi qəbul edib. Onlar qadağanın ABŞ-ın federal qanunlarını pozduğunu iddia ediblər. Müvafiq iddia martın sonunda verilib.

Xatırladaq ki, Co Bayden yanvarın 26-da ABŞ səlahiyyətlilərinin yeni LNG ixrac müqavilələri üçün təsdiq prosedurlarını dayandıracağını açıqladı. Amerika liderinin sözlərinə görə, fasilə iqlim böhranı ilə bağlıdır.

Beynəlxalq Enerji Agentliyi yanvar ayında bildirib ki, qlobal LNG ixracı keçən il cəmi 2 faiz artıb ki, bu da 2014-cü ildən bəri ən aşağı göstəricidir. 2024-cü ilin sonuna kimi artımın 3,5 faiz olacağı proqnozlaşdırılır. Ötən il ABŞ ilk dəfə olaraq Avstraliya və Qətəri (hər biri 106 milyard kubmetr) ötərək dünyanın əsas LNG ixracatçısı (116 milyard kubmetr) olub. Bu üç ölkə birlikdə dünyanın mayeləşdirilmiş təbii qaz təchizatının təxminən 60 faizini təmin edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR