İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı Asiyaya satdığı nefti ucuzlaşdırır

Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco avqust ayı üçün Asiyada alıcılarına neft qiymətlərini endirib.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Asiya alıcıları üçün “Arab Light” markalı neftin qiyməti bir barel üçün 0,6 dollar ucuzlaşıb. Beləliklə, qiymət Oman/Dubay regional göstəricilərindən 1,8 dollar yüksək oldu. Treyderlər Səudiyyə neftinin Asiya üçün qiymətinin bir barel üçün 0,9 dollar azalacağını gözləyirdilər.

Agentliyin yazdığına görə, iyun ayında OPEC+ ölkələri 2025-ci ilin sonuna qədər neft hasilatına kvota təyin ediblər. Hasilatı əlavə azaltmış bir sıra ölkələr 2024-cü ilin oktyabr ayından könüllü azalmalar çərçivəsində neft hasilatını tədricən qismən bərpa etmək qərarına gəliblər. Qərar zəif tələb artımı ilə bağlı narahatlıqlar səbəbindən Brent markalı neftin qiymətinin fevral ayından bəri ən aşağı səviyyəyə enməsinə səbəb oldu.

Daha sonra Səudiyyə Ərəbistanı rəsmiləri elan etdilər ki, OPEC+ ölkələri bazar konyukturasını izləməyə davam edəcək və hasilatı artırmaqdan imtina edə bilərlər. Bu açıqlamadan sonra neft qiymətləri bir müddət enişdən sonra artmağa başladı.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR