İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Çin elektromobillərinə əlavə rüsumlar tətbiq etdi

Avropa Komissiyası Çinlə danışıqların davam etdiyi bir vaxtda Çin elektrik avtomobillərinin (BEV) Avropa İttifaqına idxalına müvəqqəti əlavə rüsumlar tətbiq etdiyini açıqlayıb.

Çin elektromobillərinin istehsalına dövlət dəstəyinə dair təhqiqatın başlamasından doqquz ay sonra, Komissiya Çindəki BEV dəyər zəncirinin “ədalətsiz subsidiyalardan faydalandığı və AB BEV istehsalçılarına iqtisadi zərər təhlükəsi yaratdığı” qənaətinə gəlib.

Avropa Komissiyasının açıqlamasında qeyd olunur ki, Aİ ticarət komissarı Valdis Dombrovskis və Çinin ticarət naziri Vanq Ventao arasında fikir mübadiləsi aparıldıqdan sonra son həftələrdə Çin hökuməti ilə məsləhətləşmələr intensivləşib: “Aİ tərəfindən qaldırılan narahatlıqları adekvat şəkildə həll edən ÜTT-nin tələblərinə uyğun həllin əldə edilməsi məqsədi ilə təmaslar texniki səviyyədə davam edir”.

Komissiyanın qərarına əsasən ən böyük Çin elektrik avtomobil istehsalçısı BYD Co. məhsulları üçün əlavə idxal rüsumu 17,4 faiz, Geely üçün 19,9 faiz, SAIC Motor üçün 37,6 faiz təşkil edəcək. Bundan əlavə, indiyədək Aİ-nin Çindən elektrik avtomobillərinin idxalına tətbiq etmiş olduğu 10 faiz rüsum da saxlanılır.

AK ilə əməkdaşlıq edən digər Çin istehsalçıları üçün əlavə rüsumlar 20,8 faiz, tənzimləyici ilə əməkdaşlıq etməyən şirkətlər üçün 37,6 faiz olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR