İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı icazəsiz tərk edən deputatlarla bağlı QƏRAR

Dövlət Duması deputatların və senatorların xaricə səfərlərini (işgüzar səfərlər istisna olmaqla) əvvəlcədən təsdiqləmələrini tələb edən qanun layihəsini üç oxunuşda qəbul edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, sənəd qanunu pozan parlament üzvlərinin vaxtından əvvəl səlahiyyətlərindən məhrum edilə biləcəyini nəzərdə tutur.

Dövlət Duması qadağanın zəruriliyini “təhlükəsizlik məsələləri” kimi izah edib, çünki “bir sıra deputatlar” Ukraynadakı müharibəni dəstəklədiklərinə görə İnterpolun tələbi ilə xaricdə saxlanıla bilər.

Parlamentin aşağı Palatasının sədri Vyaçeslav Volodin isə deputatların parlament səlahiyyətləri başa çatdıqdan sonra da Rusiyanı tərk etməsini yasaqlanmasında israr edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR