İnsanlara hürriyət, millətlərə istiqlal!

Castin Biber toyda oxuyub, 10 milyon dollar alacaq

Castin Biber Asiyanın ən varlı adamı Mukeş Ambaninin oğlu Anant və Radhika Merchantin toyunda çıxış etmək üçün Hindistana gəlib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, sabah Anant Ambani və Radhika Merchantin toyunda çıxış edəcək.

Sosial şəbəkələrdə müğənninin Mumbaya gəlişini əks etdirən foto və videolar yayılıb. Anant və Radhika iyulun 12-də Mumbaydakı Bandra Kurla Kompleksindəki Jio Dünya Konqres Mərkəzində nikah bağlamağa hazırlaşırlar.

İndia Today daha əvvəl Adele, Drake və Lana Del Reyin də Anant və Radhikanın toy ziyafətində çıxış etmək üçün Ambani ilə danışıqlar apardıqlarını bildirmişdi. Portuqaliya portalı LeoDias-ın məlumatına görə, Ambani ailəsi Castin Biberə ifasına görə 10 milyon dollar ödəyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR