İnsanlara hürriyət, millətlərə istiqlal!

İddia: Ermənistan Sülh Fondundan 10 milyon avro alacaq

Bu il Ermənistan ilk dəfə olaraq Avropa İttifaqının Sülh Fondundan 10 milyon avro alacaq - Macarıstan bu yardıma qoyulan qadağanı aradan qaldırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna Avropa diplomatik mənbəsi məlumat verib.

Eyni mənbələrə görə, bu prorama “Birliyə üzv olan bütün ölkələr yaşıl işıq yandırmağa hazırdır və layihənin əvvəlcə iyulun 17-də üzv ölkələrin səfirləri, daha sonra isə iyulun 22-də keçiriləcək iclasında təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, sözügedən layihəyə aprel ayında Macarıstan tərəfindən veto qoyulmuşdu. Rəsmi Budapeşt Azərbaycanın da Aİ Sülh Fondundan yardım almasını tələb etmişdi. Radiostansiyanın mənbələrinin bildirdiyinə görə, Budapeştdən gələn bu təklif qəbul edilməyib, lakin çıxılmaz vəziyyətdən çıxmaq üçün kompromis variant seçilib: Bakıya bu fonddan deyil, minatəmizləmə işlərinə ayrıca pul ayrılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR