Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Rusiya-Ermənistan “Lazarev klubu”nun üzvləri Moskva və bütün Rusiyanın patriarxı Kirillə müraciət edərək, Ermənistanda cinayət təqibinə məruz qalan Bütün Ermənilərin katolikosu II Qareginin müdafiəsi üçün vəsatət qaldırmasını xahiş ediblər.
Musavat.com erməni mediasına istinadla xəbər verir ki, II Qaregin və altı yepiskopa qarşı qaldırılmış iş üzrə ilk məhkəmə iclası avqustun 7-də Eçmiədzin şəhərində keçirilib. Katolikos iclasda şəxsən iştirak etməyə qərar verib. Parlamentdəki müxalif fraksiyalar – “Güclü Ermənistan” və “Ermənistan”– həmçinin bir sıra ictimai xadimlər məhkəmə binasının qarşısında Katolikosa dəstək məqsədilə aksiya keçiriblər. Hakim Hakob Manukyan işə baxmaqdan imtina edərək özünü prosesdən kənarlaşdırıb. İş artıq başqa bir hakimə həvalə edilib.
Klubun bəyanatında qeyd olunur ki, II Qaregin saxta ittihamlarla cinayət işi üzrə məhkəməyə çıxarılmağa məcbur edilib və bu rüsvayçılıq, “Müqəddəs Eçmiədzinin nüfuzuna xələl gətirmək üçün belə üsullara əl atan hakimiyyət orqanlarının üzərində əbədi bir ləkə kimi qalacaq.
"Lazarev klubu"nun şurası bütün dünyadakı erməniləri və Ermənistanın dostlarını Ermənistanda xristian inancına və onun rəhbərlərinə qarşı həyata keçirilən, sivil dünyada ağlasığmaz olan misli görünməmiş təqibləri pisləməyə çağırır. Biz xristian dünyasının rəhbərlərinə – Moskva və patriarxı Kirillə və Roma papası XIV Leoya müraciət edirik: susmayın! Erməni Həvari Kilsəsini və Ermənistandakı bütün xristianları müdafiə etmək üçün səsini ucaldın!" – deyə "Lazarev klubu"nun bəyanatında bildirilir.
Sənəd müəllifləri həmçinin Rusiya ilə Ermənistan arasında "siyasi, hərbi və iqtisadi əlaqələrin zəifləməsi" ilə bağlı narahatlıqlarını ifadə edirlər; bu tendensiya hazırda iki xalq arasındakı əsrlik tarixi münasibətlərin məhz öz təməllərinə təsir göstərir.
Məlumatda bildirilir ki, II Qareginin yepiskop Gevork Saroyanı ruhani rütbəsindən məhrum etmək qərarından sonra Ermənistan İstintaq Komitəsi cinayət işi başladıb. Saroyan hakimiyyətin Erməni Həvari Kilsəsi ilə münaqişəsində hakimiyyətin mövqeyini dəstəkləmişdi. İş çərçivəsində məhkəmə qərarına əməl etməmək, onun icrasına mane olmaq və icra etməməyə təhrik etmək ittihamları irəli sürülüb. II Qareginlə yanaşı, Erməni Həvari Kilsəsinin ali ruhani şurasının daha altı üzvü də iş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilib.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ