İnsanlara hürriyət, millətlərə istiqlal!

"Lambada" rəqsi həbslə bitdi - ŞOK DETALLAR

Rusiyanın Samara vilayətindən Misirə tətilə gedən 61 yaşlı rusiyalı Sergey Şarm-əl-Şeyxdə yerli sakinin həyat yoldaşına toxunduğu üçün həbs olunub.

Musavat.com xəbər verir ki, avqustun 4-də həyat yoldaşı Tatyana ilə birlikdə "Renaissance Sharm El Sheikh Golden View Beach Resort" otelinə dincəlməyə gələn Sergey axşam şousu zamanı "Lambada" rəqs edərkən ehtiyatsızlıqdan yerli qadına toxunub. Qadının əri əsəbiləşərək dərhal rəqs edən rusiyalının üzərinə hücum çəkib. Otel əməkdaşlarının müdaxiləsindən sonra tərəflər ayrılıb və cütlük otağına qayıdıb.

Lakin həmin gecə otelə gələn polis əməkdaşları hiddətlənmiş misirlinin şikayəti əsasında Sergeyi bölməyə aparıblar. Həyat yoldaşına isə münaqişənin həlli üçün "zərərçəkən" tərəfin 10 min dollar tələb etdiyi bildirilib. Hazırda Sergey həbsdədir, onun telefonu və pasportu polis tərəfindən müsadirə olunub.

Pulsuz və çarəsiz qalan Tatyana kömək üçün Qahirədəki Rusiya konsulluğuna müraciət etsə də, ona diplomatik nümayəndəliyin saytındakı vəkillərin xidmətindən istifadə etməsi məsləhət görülüb. Lakin yerli vəkil tutmaq üçün kifayət qədər vəsaitinin olmadığını deyən qadın XİN-ə, Rusiya Həmkarlar İttifaqına və İnsan Hüquqları üzrə Ümumdünya Təşkilatına müraciətlər ünvanlayıb. Otel rəhbərliyi və turizm şirkəti isə məsələnin polisin səlahiyyətində olduğunu əsas gətirərək prosesə qarışmaqdan imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR