İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Rusiya hərbçisi narkotiklə saxlanıldı

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının hərbçisi narkotik maddə ilə saxlanılıb. Hadisə İrəvanla Moskva arasında münasibətlərin soyuduğu və Ermənistanda Rusiya hərbi mövcudluğunun gələcəyinin getdikcə daha çox müzakirə edildiyi bir vaxta təsadüf edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, saxlanılan şəxs Rusiyanın 102-ci hərbi bazasında xidmət edən 25 yaşlı Maksim B.-dir.

“Armenian Military Portal”ın məlumatına görə, Gümrüdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan hərbçinin üzərinə şəxsi baxış zamanı 1,2 qram narkotik maddə aşkar edilərək götürülüb.

Hadisə ilə bağlı toplanmış materiallar sonrakı istintaq hərəkətlərinin aparılması üçün Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinə göndərilib. Narkotik maddənin növü və hərbçiyə qarşı hansı hüquqi tədbirlərin görüləcəyi barədə hələlik əlavə məlumat verilməyib.

Hadisə Rusiya-Ermənistan münasibətlərində son illərdə yaranmış gərginlik fonunda baş verib. Ermənistan rəhbərliyi ölkədəki Rusiya hərbi mövcudluğu ilə bağlı əvvəlki dövrlərlə müqayisədə daha fərqli mövqe nümayiş etdirir. Bununla belə, Gümrüdəki bazanın bağlanması ilə bağlı hazırda qəbul edilmiş qərar yoxdur.

Rusiyanın 102-ci hərbi bazası 1990-cı illərdən Gümrüdə yerləşir. 2010-cu ildə imzalanmış razılaşma ilə bazanın Ermənistanda qalma müddəti 2044-cü ilədək uzadılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR