Onlayn ictimai-siyasi qəzet
Fransada avtomobil yollarında inanılmaz sürət qeydə alınıb.
Musavat.com xəbər verir ki, “Porsche 911 GT3” sürücüsü ölkənin şərqində, Yuxarı Savoya departamentində A40 magistralında 312 km/saat sürətlə hərəkət edib.
Yolun həmin hissəsində maksimal icazə verilən sürət 130 km/saat olsa da, Porsche 312 km/saat sürətlə qeydə alınıb. Texniki xəta payı nəzərə alındıqdan sonra rəsmi protokolda 300 km/saat əsas götürülüb.
312 km/saat sürətlə avtomobil hər saniyədə təxminən 87 metr məsafə qət edib.
Bundan əvvəl bölgədə qeydə alınmış rekord 287 km/saat idi. Həmin göstərici 2026-cı ilin mayında “Audi” sürücüsü tərəfindən qeydə alınmışdı.
Porsche sürücüsünün vəsiqəsi dərhal alınıb, avtomobil isə cərimə meydançasına aparılıb. Sürücünü 3 aya qədər həbs, 3750 avro cərimə, Fransada nəqliyyat vasitəsi idarə etmək qadağası və avtomobilin tam müsadirəsi gözləyə bilər.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ