İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın vasitəçiliyi ilə yeni mərhələ: Energetika sahəsində atəşkəs gündəmdədir

ABŞ Ukrayna və Rusiya arasında energetika atəşkəsi üzrə danışıqlar planlaşdırır — "The Atlantic"

Musavat.com xəbər verir ki, Birləşmiş Ştatlar Ukrayna və Rusiya Federasiyası arasında energetika obyektlərinə hücumların dayandırılmasını nəzərdə tutan məhdud atəşkəs üzrə danışıqlar təşkil etməyi planlaşdırır.

"The Atlantic" nəşrinin məlumatına görə, Ukraynanın danışıqlar qrupunun üzvlərindən biri artıq oktyabr ayında ABŞ, Ukrayna və Rusiya təmsilçilərinin yeni üçtərəfli görüşünün keçirilə biləcəyini bildirib.

Mənbə qeyd edib ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner oktyabrda üç ölkə nümayəndələrinin görüşünü təşkil etmək niyyətindədirlər. Məhdud atəşkəs rejiminin müzakirə olunacağı danışıqların böyük ehtimalla Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR