İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizli rəsmidən Tehranı SİLKƏLƏYƏN MESAJ: "Bizə fars dilini qəbul etdirə BİLMƏZSİZ!" - VİDEO

Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi (Molla Bərgi) şuranın iclasında çıxışı zamanı ana dili məsələsi ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Bərgi çıxışında Türk kimliyini və ana dilinin əhəmiyyətini xüsusi vurğulayıb.

Şura üzvü ana dillərinin fars dili olmadığını və bu həqiqəti heç kimin dəyişdirə bilməyəcəyini bildirib:

"Biz türklərik, ana dilimiz türkcədir. Bütün ailəmiz, uşaqlarımız və əcdadlarımız türkdür, türk dilində danışırlar. Heç kim bizə fars dilini ana dili kimi qəbul etdirə bilməz. Hər kəsin öz ana dili və mədəniyyəti olduğu kimi, bizim də dilimiz türkcədir".

Təbrizli rəsminin bu cəsarətli çıxışı sosial şəbəkələrin Azərbaycan seqmentində geniş əks-səda doğurub və istifadəçilər tərəfindən rəğbətlə qarşılanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR