Onlayn ictimai-siyasi qəzet
Fevralın 26-sı gecə saatlarında Rusiya ordusu Ukrayna paytaxtına hücum edib. Şəhərdə partlayış səsləri eşidilib.
Musavat.com xəbər verir ki, məlumatı "RBC-Ukraina" Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən yayıb.
Kiyevdəki partlayışlar barədə ilk açıqlamanı isə mer Vitali Kliçko verib.
Hava Qüvvələri paytaxt və ətraf bölgələrdə, xüsusilə şəhərin kənar rayonlarında təhlükəyə dair davamlı xəbərdarlıqlar yayıb.
“Düşmən şəhəri hücum dronları və ballistik raketlərlə vurur. Hava Hücumundan Müdafiə sistemi işləyir. Təhlükə keçənə qədər sığınacaqlarda qalın!”, - deyə Tkaçenko bildirib.
İlkin məlumatlara görə, Qoloseevski rayonda fərdi bağ sahəsində yanğın baş verib, Peçerski rayonunda isə iki mərtəbəli fərdi ev yanıb. Hadisə zamanı xəsarət alanlar barədə məlumat hələlik yoxdur.
Səhər saatlarına yaxın Hava Qüvvələri dronların Vışqorod, Vasilkiv, Boryspil və Kiyev ətrafındakı digər şəhərlərə yönəldiyini bildirib. Saat 05:30-a olan məlumata görə, bütün Ukrayna üzrə raket və dron təhlükəsi hələ də davam edir.
Qeyd edək ki, gecə saatlarında Rusiya bir neçə şəhərə kombinə edilmiş böyükmiqyaslı hücumlar həyata keçirib. Bunlar arasında Xarkov, Krivoy Roq, Poltava və Zaporoje xüsusi qeyd olunur.
Hücumların nəticələri də ciddi olub. Məsələn, yalnız Zaporoje şəhərində iki ticarət mərkəzi zərər görüb, onlardan biri, “Epicentr” yanıb. Bundan başqa, avtomobillər və evlər yanıb, infrastruktur obyektlərinə də zərbələr dəyib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ