İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə korrupsiya qalmaqalı: Zelenski kabinetindəki müavinini dərhal qovdu

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Ofisinin rəhbər müavini İrina Mudrayanı tutduğu vəzifədən azad edib.

Musavat.com xəbər verir ki, ölkə başçısının müvafiq fərmanı dövlət başçısının rəsmi saytında dərc olunub.  Qərar avqustun 19-da səhər saatlarında Ukrayna Milli Anti-Korrupsiya Bütosu (NABU) və Xüsusi Anti-Korrupsiya Prokurorluğunun (SAP) keçirdiyi "Forrest Qamp" kod adlı xüsusi əməliyyat çərçivəsində İrina Mudrayanın ofisində və mənzilində axtarışlar aparılmasından dərhal sonra verilib.

Qeyd edək ki, hüquq və ədliyyə məsələlərinə cavabdeh olan İrina Mudraya 2024-cü ilin mart ayında bu vəzifəyə təyin edilmişdi.

Bura qədər isə o, Ukraynanın ədliyyə nazirinin müavini postunu tutub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR