İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə dəhşətli səhər: Rusiya raketlərlə vurdu, 12 ölü, onlarla yaralı var

Rusiyanın Ukraynaya endirdiyi kütləvi raket və dron zərbələri nəticəsində Kiyevdə azı 12 nəfər həlak olub, 40-a yaxın dinc sakin isə yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.

Məlumata görə, dağıntılar Kiyev şəhəri və Kiyev vilayətində, həmçinin Odessa və Çerniqov vilayətlərində qeydə alınıb. Ukrayna paytaxtında yaşayış binaları, o cümlədən yuxarı mərtəbələri tamamilə dağılmış çoxmərtəbəli bina, uşaq xəstəxanası və məktəb ciddi zərər görüb. Odessa vilayətində PUA-lar Moldova ilə sərhəddə yerləşən buraxılış məntəqəsinə hücum edib, Çerniqov vilayətində isə qaz infrastrukturu zədələnib.

Volodimir Zelenski bəyan edib ki, Ukraynanın raketdən müdafiə sistemlərini təcili olaraq gücləndirmək, xüsusilə "Patriot" kompleksləri üçün əlavə ələkeçirici raketlərin tədarükünü təmin etmək lazımdır. "Ukraynanın kifayət qədər anti-ballistik müdafiəsi olmayana qədər Rusiya sülh haqqında ciddi düşünməyəcək", – deyə Ukrayna dövlət başçısı vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR