İnsanlara hürriyət, millətlərə istiqlal!

İt yaladı, faciə baş verdi: qadının 4 əzası amputasiya edildi

Britaniyada şokedici tibbi hadisə qeydə alınıb.

Musavat.com xəbər verir ki, ev heyvanı ilə oynadıqdan sonra özünü pis hiss edən qadın komaya düşüb və altı dəfə ürək dayanması keçirib.

Həkimlər müəyyən ediblər ki, ağır vəziyyətin səbəbi heyvanın tüpürcəyinin dəridəki kiçik yaraya düşməsi olub. Nəticədə sürətlə yayılan ağır sepsis inkişaf edib.

Pasiyentin həyatını xilas etmək üçün həkimlər radikal addım atmalı olublar - hər iki ayaq dizdən aşağı, eləcə də hər iki qol amputasiya edilib.

Mütəxəssislər bildirir ki, ev heyvanları təhlükəli sayılmasa da, onların ağız boşluğunda insan üçün ölümcül bakteriyalar mövcuddur. Xüsusilə açıq yara ilə təmas həyati risk yarada bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR