İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Qəzzadan çəkiləcək 

HƏMAS hərəkatını tamamilə tərksilah edildikdən sonra İsrail qüvvələri Qəzza zolağından çəkiləcək.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb:

"Bu, Trampın 20 maddəlik planının həyata keçirilməsində əhəmiyyətli bir mərhələdir".

O, Sülh Şurasının HƏMAS qüvvələrinin "tam tərksilah edilməsi" barədə əldə etdiyi razılığa istinad edib: "Bu razılaşma diqqətlə planlaşdırılmış mərhələlərdə həyata keçiriləcək. Tərksilah tamamlandıqdan sonra İsrail qüvvələri geri çəkiləcək və beynəlxalq sabitləşdirmə qüvvələri həm sakinləri, həm də qonşuları üçün Qəzza zolağının təhlükəsizliyini təmin etmək üçün Fələstin polisi ilə birlikdə çalışacaq".

ABŞ prezidentinin sözlərinə görə, "bu razılaşma, nəhayət, Qəzza zolağını idarə edən yeni bir Fələstin hökumətinin olması yolunda vacib bir addımdır və bu hökumət fələstinlilərə kömək etmək üçün Sülh Şurası ilə sıx əməkdaşlıq edəcək": "Eyni zamanda, Qəzza artıq terror hücumları üçün tramplin kimi istifadə olunmayacağı üçün İsrail layiq olduğu təhlükəsizliyi əldə edəcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR