İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Zəngəzur dəhlizi ilə bağlı son dəqiqə açıqlaması

Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və 2026-cı ilin ikinci yarısında yerlərdə tikintiyə başlanılacaq.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya, Zəngəzur dəhlizi – Tramp marşrutu ilə bağlı açıqlamasında deyib.

“Ümid edirəm ki, yaxın həftələrdə ilk sənədimiz olacaq. Gələn il beynəlxalq tərəfdaşlarımızın Ermənistana səfərləri ilə dolu olacaq”, - nazir bildirib.

Müxalifətin Rusiya və İranın “Tramp yolu”na qarşı olması ilə bağlı fikrini soruşduqda, Mirzoyan belə cavab verib: “O insanlara qulaq asmayın, bunlar yalandır. İranlı həmkarlarımdan eşitdiklərimə görə, infrastrukturun açılması İranda suallar yaradıb. Onlar suallar verdilər, biz cavab verdik və indi həm biz, həm də İran infrastrukturun kilidini açmaq üçün fürsət görürük”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR