Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Arsen Torosyan Xankəndidə qanunsuz tikililərin sökülməsi ilə bağlı İrəvanın sərt reaksiya verməsinin mənasız olduğunu bildirib. Musavat.com xəbər verir ki, o, bu barədə ictimai televiziyanın efirində danışıb.
Deputat məsələ ilə bağlı hay-küy qaldırmağın heç bir nəticə verməyəcəyini vurğulayıb:
“Yaxşı, bunu edək — və nə olacaq?” – deyə o bildirib.
Torosyanın sözlərinə görə, Ermənistanın bu istiqamətdə hər hansı addım atması Qarabağ hərəkatının yenidən canlanmasına səbəb ola bilər. O qeyd edib ki, Azərbaycan öz suveren ərazisində istədiyi addımları atmaq hüququna malikdir:
“Onlar öz suveren ərazilərində nəsə edirlər”, – deyə deputat bildirib.
O əlavə edib ki, məsələ varsa belə, bu, Ermənistan tərəfindən deyil, beynəlxalq qurumlar səviyyəsində qaldırıla bilər:
“Bu mövzu ikitərəfli münasibətlərin gündəliyinə çevrilməməlidir. Biz keçmişi mürəkkəb olan qonşumuzla sülh qurmağa çalışırıq və bu, bir günə baş vermir”.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ