İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan İrəvana ermənicə təbrik - Əraqçı Paşinyana namə yazdı

İranın xarici işlər naziri Abbas Əraqçı Ermənistanda keçirilən parlament seçkilərində qələbə qazanan Baş nazir Nikol Paşinyanı erməni dilində təbrik edib.

Musavat.com xəbər verir ki, Abbas Əraqçı sosial şəbəkədə paylaşdığı mesajda Paşinyanın rəhbərlik etdiyi partiyanın seçki qələbəsi münasibətilə onu təbrik etdiyini bildirib.

İran xarici işlər naziri paylaşımında ingilis dilində “Səmimi təbriklərimi Baş nazir Nikol Paşinyana və onun partiyasına seçkilərdə qazandığı qələbə münasibətilə çatdırıram. Qonşularımız bizim prioritetimizdir” ifadələrini işlədib. Daha sonra isə təbrik mətnini erməni dilində yayımlayıb. 

cac9babe-398b-4717-ab9a-d692ca43f3cc.jpg (114 KB)

Əraqçının məhz erməni dilindən istifadə etməsi diqqət çəkib. Bu addım Tehranın İrəvanla münasibətlərə verdiyi xüsusi önəmin növbəti göstəricisi kimi qiymətləndirilir.

Onu deməliyik ki, İran-Ermənistan münasibətləri regionda həmişə fərqli xarakter daşıyıb. Son onilliklər ərzində Tehran və İrəvan arasında siyasi, iqtisadi və nəqliyyat sahələrində sıx əməkdaşlıq formalaşıb. Bir çox hallarda İranın xristian Ermənistanla münasibətlərinin müsəlman Azərbaycanla müqayisədə daha isti olub. Hər ikisini yaxınıaşdıran amil isə Azərbaycana düşməncə münasibət olub. 

d3804f60-debb-4044-91f6-3566584dcbb3.jpg (433 KB)

İranda hakimiyyətlərin dəyişməsi, Ermənistanda isə müxtəlif siyasi qüvvələrin növbələşməsi bu münasibətlərin ümumi xəttinə ciddi təsir göstərməyib. Nikol Paşinyanın hakimiyyəti dövründə də Tehran-İrəvan əlaqələri yüksək səviyyədə saxlanılıb və tərəflər strateji əhəmiyyət daşıyan layihələr üzrə əməkdaşlığı davam etdiriblər.

Qeyd edək ki, bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian da Nikol Paşinyanı parlament seçkilərində qələbə münasibətilə təbrik etmişdi. Amma onun məktubu ermənicə deyildi...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR